İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında keçirilməsi nəzərdə tutulan danışıqlar baş tutmayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Görüş iyunun 19-na planlaşdırılmışdı.
"Cümə günü Bürgenştokda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq", - Avropa ölkəsinin XİN-dən açıqlamasında bildirilib.
Qeyd edək ki, görüş iyunun 19-na planlaşdırılmışdı.
Daha əvvəl Ağ Evin mətbuat xidmətinin nümayəndəsi bəyan etmişdi ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) Birləşmiş Ştatlar və İran arasında memorandumun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə uçmayacaq. Onun sözlərinə görə, Amerika tərəfi ən qısa müddətdə texniki detalların işlənməsinə başlamağı planlaşdırır.
QAZİLER.AZ



