Ukrayna Rusiya ilə danışıqlarda bu ölkəni vasitəçi seçdi

Ukrayna Rusiya ilə danışıqlarda bu ölkəni  vasitəçi seçdi backend

Ukrayna Braziliya prezidenti Luis İnasio Lula da Silvadan Rusiya ilə danışıqlarda vasitəçi olmasını xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə "UOL" portalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, da Silva Avropa siyasətçilərindən fərqli olaraq, Rusiya prezidenti Vladimir Putinlə etibarlı əlaqələr saxlayır.

Jurnalistlərin verdiyi məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski "G7" sammiti çərçivəsində braziliyalı həmkarı ilə görüşmək istəyib. O, 40 dəqiqədən çox bir müddətdə Kiyevin mövqeyini da Silvaya çatdırmağa çalışıb.

Portal onu da əlavə edib ki, yaxın gələcəkdə Putinlə Braziliya prezidenti arasında hər hansı görüş və ya telefon danışığı planlaşdırılmır.

QAZİLER.AZ