Rusiya ərazisində zəlzələ baş verib

Rusiya ərazisində zəlzələ baş verib backend

Kuril adaları sahillərində zəlzələ baş verib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmik Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla saat 22:09-da (Moskva vaxtı ilə saat 14:09) qeydə alınıb. Onların maqnitudası 4.0-a çatıb və seysmoloqlar bunu əhəmiyyətli zəlzələ hesab edirlər.

Episentr təxminən 3000 nəfərin yaşadığı Şikotan adasından 34 kilometr cənub-şərqdə yerləşirdi.

Zəlzələnin episentri 50 kilometr dərinlikdə yerləşib. Ölən və ya dağıntı barədə məlumat verilməyib.

Rusiya bölgəsi üçün sunami təhlükəsi elan edilməyib.

QAZİLER.AZ