Almaniyalı nazir Ukraynaya uğurlarını artırmağa imkan verəcək yeganə yolu göstərib.
Rusiya diktatoru Vladimir Putin Ukrayna ilə müharibədə çıxılmaz vəziyyətə düşüb və bu da təcavüzkar ölkəyə getdikcə daha çox ziyan vurur.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius bunu "Ramştayn" görüşünün açılışında bildirib.
"Putin çıxılmaz vəziyyətə düşüb. Onun Ukraynaya hücumu öz ordusuna böyük ziyan və itkilər gətirib. Kreml bunun mənfi nəticələrini görür. Ukrayna getdikcə Rusiyaya daha çox zərər vurur", - deyə o bildirib.
Pistorius vurğulayıb ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqların bərpasına çağırır, lakin Rusiya diktatoru eskalasiyanı seçir.
QAZİLER.AZ



