Bu gecə Ukrayna dronları bir həftə ərzində ikinci dəfə Moskva Neft Emalı Zavoduna zərbə endirib. Həmçinin Rusiyadakı və Ukraynanın işğal olunmuş ərazilərindəki digər düşmən obyektlərinə də hücum edilib.
Qaziler.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadən məlumat yayıb.
"Bu gecə bizim zərbələrimiz yenidən Moskva regionuna çatıb: bir həftə ərzində ikinci dəfə Moskva Neft Emalı Zavodu vurulub. Həmçinin Rostov regionundakı və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hədəflər də vurulub", - deyə Ukrayna lideri bildirib.
O qeyd edib ki, bu, Rusiyanın Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə endirdiyi zərbələrə tamamilə ədalətli bir cavabdır və Müdafiə Qüvvələrinin Rusiya hərbi maşınını təmin edən obyektlərə qarşı fəaliyyətinin növbəti mühüm nəticəsidir.
QAZİLER.AZ



