Moskva Arbitraj Məhkəməsi Telman İsmayılovu bankrot elan edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Qeyd edək ki, bir müddət öncə Telman İsmayılov Moskva Arbitraj Məhkəməsinə özünün bankrot elan edilməsi üçün müraciət edib. İsmayılovun bu müraciətindən öncə Moskva Bankı məhkəməyə müraciət edərək, milyarderin onlara 286 milyon dollar borcu olduğunu bildirib.