Litva Ukraynanın bərpasına 7 milyon avro ayırır

Litva Ukraynanın bərpasına 7 milyon avro ayırır backend

Litva hökuməti Ukraynanın bərpasını və uzunmüddətli dayanıqlılığını dəstəkləməyə yönəlmiş dörd layihənin maliyyələşdirilməsi üçün 7 milyon avro məbləğində paketi təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə "LRT" nəşri məlumat yayıb.

Xarici İşlər Nazirliyi tərəfindən təklif olunan maliyyələşdirmə nəqliyyat infrastrukturunu, yerli idarəetmə orqanlarının potensialını, enerji dayanıqlılığını və gənc Ukrayna mütəxəssislərinin dövlət qulluğuna cəlb edilməsi proqramını əhatə edir.

Litva hökumətinin planına əsasən, münaqişə zamanı zədələnmiş mülki nəqliyyat infrastrukturunun – yolların, dəmir yollarının, hava limanlarının və su yollarının bərpası, təmiri və saxlanılmasını hədəfləyən Ukraynanın Nəqliyyata Dəstək Fonduna 1 milyon avro ayrılacaq.

Daha 1 milyon avro isə Litva və Ukrayna bələdiyyələri arasındakı tərəfdaşlıq proqramına yönəldiləcək.

QAZİLER.AZ