Böyük Yeddilik (G7) ölkələrinin liderləri Fransada keçirilən sammitin yekunlarına dair birgə bəyanatda, ABŞ liderinin rəğbətini qazanmaq məqsədilə Donald Trampı İran münaqişəsinin nizamlanması münasibətilə üç dəfə təbrik ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Adı açıqlanmayan diplomatın sözlərinə görə, bu, "yeddilik" daxilindəki "kövrək balansı pozmamaq" üçün edilmiş "məqsədli bir jest" olub. O əlavə edib ki, G7 liderləri bu yolla ona (Trampa) öz dəstəklərini ifadə ediblər".
Vasitəçilik edən ABŞ, İran və Pakistanın rəsmi şəxsləri iyunun 14-də Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki müharibəyə son qoymağı hədəfləyən razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. İran XİN başçısının müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər.
İyunun 15-dən etibarən ABŞ tərəfindən İranın dəniz blokadasının başa çatdığı, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığı elan edilib. Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlamışdılar.
QAZİLER.AZ



