Rusiyanın Suriyadakı hərbi kampaniyası bu ölkədəki böhranın qarşısını almayacaq. Axar.az xəbər verir ki, bunu “Deyli Sabah” qəzetinə açıqlamasında Almaniyanın Ankaradakı səfiri Martin Erdman söyləyib. Onun sözlərinə görə, Rusiyanın Suriyadakı fəaliyyəti İŞİD-lə mübarizəyə yönəlməyib:
“Rusiyanın Suriyadakı fəaliyyətinə Ankara və Berlinin münasibəti eynidir. Rusiya-Türkiyə konfliktində təkcə Almaniya yox, NATO da Türkiyəyə həmrəylik nümayiş etdirir”.