Kot-d'İvuarda seriyalı qatil həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə "Seneweb" məlumat yayıb.
36 yaşlı Hili Napemalu Samuel 14 iyunda Buake şəhərində uşaq cəsədinin olduğu torba ilə tutulub.
Dindirmə zamanı kişi oğlanı qaçıraraq öldürdüyünü etiraf edib və cəsədin ritual məqsədlər üçün lazım olduğunu deyib.
O, həmçinin daha üç uşağı öldürdüyünü və qalıqlarını Konankankro yaxınlığındakı kolluqlarda basdırdığını etiraf etdi.
Polis hadisə yerində dayaz qəbirlərdə basdırılmış cəsədləri aşkar etdi.
Qurbanların şəxsiyyəti hələ müəyyən edilməyib; qalıqları ekspertizaya göndərilib.
QAZİLER.AZ



