Qorxu filmlərinin ulduzu vəfat edib

Qorxu filmlərinin ulduzu vəfat edib backend

"Zəng" adlı kult filmində Samara Morqan rolu ilə tanınan aktrisa Deyvi Çeyz 36 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, faciəvi xəbəri Amerikanın Deadline portalı yayıb.

Çeyzin ölümü haqda məlumatı cəmi bir həftə əvvəl ağır xəstə aktrisa üçün ianə toplama səhifəsi yaradan onun sevgilisi Roy Hernandez deyib. 

Onun sözlərinə görə, həkimlər bu yaxınlarda aktrisaya meningit diaqnozu qoyublar. O, həmçinin bir neçə ciddi qan infeksiyasından əziyyət çəkirdi.

QAZİLER.AZ