Tramp İranla müharibə zamanı göstərdikləri "neytrallığa" görə Rusiya və Çin liderlərinə təşəkkür edib

Tramp İranla müharibə zamanı göstərdikləri "neytrallığa" görə Rusiya və Çin liderlərinə təşəkkür edib backend

ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderlərinə İrana qarşı kampaniya zamanı neytral mövqe tutduqlarına görə açıq şəkildə təşəkkür edib.

Qaziler.az xarici mətbuata istinadən məlumatına görə, o, bu açıqlamanı 17 iyun axşamı G7 sammitindən sonra keçirilən brifinqdə verib.

Tramp bildirib ki, o, ABŞ-İsrail arasında İrana qarşı kampaniya zamanı "neytral, tamamilə neytral qaldıqlarına" görə Çinə və onun lideri Si Cinpinə minnətdarlığını bildirmək istəyir.

"Və mən Vladimir Putinə təşəkkür etmək istəyirəm - o, çox neytral idi. Onlar bunu bizim üçün daha da çətinləşdirə bilərdilər", - deyə ABŞ prezidenti bildirib.

QAZİLER.AZ