Həm ABŞ, həm də Aİ ölkələrinin Rusiya ilə dialoq aparmaq səyləri nəticəsiz qalıb.
ABŞ prezidenti Donald Tramp Rusiyanın sülh danışıqları aparmaq üçün ciddi bir istəyinin olmaması haqda G7 liderlərinin fikri ilə razılaşıb.
"Amerikalıların təşəbbüs göstərməsindən bir neçə ay keçib və mən onları tərifləmək istərdim. Onlar Rusiya ilə danışıqlar aparacaqlarını dedilər, çünki bunu bacara bilərlər", - Makron deyib.
Makron əlavə edib ki, ABŞ-ın Rusiya ilə dialoq qurmaq səylərini təqdir etmək istəyir, lakin bu səylər heç bir nəticə verməyib və təcavüzkar ölkədən də cavab gəlməyib.
Fransa prezidenti qeyd edib ki, Avropa liderləri də Rusiya ilə danışıqlar aparmaq üçün birləşiblər.
QAZİLER.AZ



