Tramp Kiyevin "Patriot" raketləri ilə bağlı xahişinə cavab verib

Tramp Kiyevin "Patriot" raketləri ilə bağlı xahişinə cavab verib backend

ABŞ prezidenti Donald Tramp Fransada keçirilən G7 sammitində administrasiyasının Ukraynanın Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemi üçün raket istehsalına icazə tələbini nəzərdən keçirəcəyini açıqlayıb. O, Kiyevin "bu imkanı əldə etmək istədiyini" söyləyib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sözügedən tədbiri Ağ Ev yayımlayıb.

"Biz bunu nəzərdən keçirəcəyik", - deyə Amerika lideri bildirib.

Bundan əvvəl Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel qeyd etmişdi ki, Ukrayna çətin ki, tezliklə Patriot hava hücumundan müdafiə sisteminin analoqunu yarada bilsin. O, prezident Vladimir Zelenskinin də nüvə proqramının inkişaf etdirilməsi və ildə 4 milyon pilotsuz uçuş aparatı istehsal ediləcəyini vəd etdiyini, nəticədə bu baş vermədiyini vurğulayıb. Siyasətçinin sözlərinə görə, ölkədə bu cür raketinin hazırlanması uzun illər tələb edir.

QAZİLER.AZ