ABŞ-də polis əməkdaşları biryaşlı oğlan uşağını güllələyiblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Hadisə Senatobiya şəhərindəki "Walmart" mağazasının avtomobil dayanacağında baş verib. Polisin verdiyi məlumata görə, əməkdaşlar ehtimal olunan oğurluq barədə çağırış əsasında əraziyə gəliblər və avtomobilə doğru gedən iki qadınla bir uşaq aşkar ediblər.
Polisin rəsmi bəyanatında deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları maşını saxlamağa çalışıblar, lakin sürücü avtomobili polislərin üzərinə sürərək onlardan birini vurmağa cəhd edib. Bundan sonra polislərdən biri atəş açıb.
Avtomobil hadisə yerindən uzaqlaşıb və bir qədər sonra yerli xəstəxanaya gəlib. Orada həkimlər atəş açılan zaman maşında olan uşağın öldüyünü müəyyən ediblər.
Uşağın ölümü geniş ictimai etiraza səbəb olub. Oğlan uşağının yaxınları hadisənin təfərrüatlarının və polisin hərəkətlərinin ciddi şəkildə araşdırılmasını tələb ediblər.
Qurumun açıqlamasında isə bildirilib ki, onlar maksimum şəffaflığı təmin etmək və insidentin bütün təfərrüatları müəyyən etdikdən sonra əlavə məlumat veriləcək.
QAZİLER.AZ



