Lyayen növbəti müddətə AK rəhbəri olmaq istəmir

Lyayen növbəti müddətə AK rəhbəri olmaq istəmir backend

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen 2029-cu ildə üçüncü müddətə yenidən seçilmək niyyətində deyil.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, AK prezidentinin kabinet rəhbəri Byorn Zaybert bu barədə yüksək rütbəli məmurların iştirak etdiyi özəl şam yeməyində danışıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu bəyanat Avropa Komissiyasının departamentlərində planlaşdırılan yenidənqurmanın, hakimiyyətin hazırkı rəhbərin əlində genişmiqyaslı mərkəzləşdirilməsi cəhdi olması ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə verilib.

"Politico" xatırladır ki, Avropa İttifaqının təsis müqavilələri Avropa Komissiyasının prezidenti üçün müddət məhdudiyyəti qoymur, lakin növbəti seçkilərə qədər fon der Lyayenin 70 yaşı tamam olacaq.

QAZİLER.AZ