Ukraynadakı münaqişə Rusiyanın şərtləri ilə başa çatacaq.
Qaziler.az “lent.ru”ya istinadla xəbər verir ki, bu barədə istefada olan amerikalı diplomat Ças Friman "Dialogue Works" "YouTube" kanalının efirində bəyan edib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yaxın vaxtlarda hücum əməliyyatı keçirəcək və bunun nəticəsində münaqişə Mosvkanın şərtləri ilə yekunlaşacaq. Friman həmçinin iddia edib ki, hazırda Ukrayna hakimiyyətində "nasist kütləsi" üstünlük təşkil edir və onlara son nəticədə respublika hüdudlarından kənara qaçmaq lazım gələcək.
Bundan əvvəl isə Çikaqo Universitetinin profesoru Con Mirşaymer qeyd etmişdi ki, ABŞ və Avropa tərəfindən Ukraynaya verilən dəstək getdikcə zəifləyir və tezliklə Kiyevin atəşkəs xahiş etməkdən başqa çarəsi qalmaya bilər. O, Ukraynanı silah tədarükü baxımından "parlaq gələcək" gözlədiyi barədə fikirləri "sayıqlama" adlandırıb. Professorun sözlərinə görə, ABŞ hazırda bu imkanda deyil, Avropanın bir neçə ölkəsi isə artıq Prezident Volodimir Zelenskiyə kömək etməyəcəklərini bildiriblər. Dəstək getdikcə zəifləməyə doğru gedir.
QAZİLER.AZ



