Vaşinqton və Tehranın digər şərtlərlə yanaşı İran limanlarının ABŞ tərəfindən blokadasının dayandırılmasını nəzərdə tutan çərçivə sazişini elan etməsindən sonra, İran tankerləri son iki ayda ilk dəfə olaraq ixrac üçün xam neft daşımağa başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Dəniz daşımalarının izlənilməsi ilə məşğul olan "TankerTrackers" analitik şirkətinin məlumatına görə, İran tankerləri artıq iki partiya nefti uğurla daşıyıblar.
Peyk görüntüləri ilə də təsdiqlənən məlumatlara əsasən, İran Milli Tanker Şirkətinə məxsus olan və göyərtəsində 3,8 milyon barrel xam neft daşıyan ən azı iki supertanker ABŞ-nin hərbi-dəniz blokadası xəttini keçib.
ABŞ Prezidenti Donald Tramp iyunun 15-də bəyan etmişdi ki, razılaşdırılmış memorandumun şərtlərinə uyğun olaraq Hörmüz boğazı yenidən açılıb. Lakin o, daha sonra müddəti dəyişdirərək, boğazın iyunun 19-da İsveçrədə sənədin rəsmi imzalanmasından sonra tam açılacağını bildirib.
QAZİLER.AZ



