Finlandiya hakimiyyət orqanları ölkə ərazisinə nüvə silahının gətirilməsinə və saxlanılmasına icazə verilməsi imkanlarını nəzərdən keçirirlər.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Müvafiq qanun layihəsinin bu gün parlamentdə səsverməyə çıxarılacağı qeyd olunur. Düzəlişlərin təşəbbüskarı Finlandiya hökumətidir. Qanunvericiliyə təklif edilən dəyişikliklər respublika ərazisində nüvə silahının yerləşdirilməsi və saxlanılması imkanını nəzərdə tutur.
Finlandiya Müdafiə Nazirliyi aprelin 23-də bəyan etmişdi ki, hökumət NATO ilə əməkdaşlıq çərçivəsində ölkənin müdafiəsi məqsədilə nüvə silahının gətirilməsinə və saxlanılmasına icazə verilməsi barədə parlamentə təklif təqdim edib. Bununla bərabər, ölkədə nüvə silahının əldə edilməsi, istehsalı, işlənib hazırlanması və tədqiqatı qadağan olunaraq qalacaq.
QAZİLER.AZ



