ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək - Vens

ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək - Vens backend

ABŞ-İran münaqişəsinin həlli sazişi İsrail, Livan və Fars körfəzini də əhatə edəcək.

Qaziler.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

"Bu, regional sülh sazişidir. Buraya Körfəz, İsrail və Livan daxil olacaq. Əsas məsələ budur ki, bu, əsl regional sülh sazişidir", - o bildirib.

Qeyd edək ki, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistanın nümayəndələri rəsmən təsdiqləyiblər ki, tərəflər Vaşinqton və Tehran arasında hərbi əməliyyatların 60 günlük dayandırılması barədə razılığa gəliblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.