İran hədələdi: "İsrail dayanmasa, Tehran sərt cavab verəcək"

İran hədələdi: "İsrail dayanmasa, Tehran sərt cavab verəcək" backend

İsrail Livanda atəşkəsi pozmağı davam etdirəcəyi təqdirdə, sərt cavabla üzləşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında bildirilib.

“Əgər İsrail Livanın cənubunda hücumlarını dayandırmasa, İran İslam Respublikasının Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”, – deyə bəyanatda qeyd olunub.

Bəyanata görə, İsrail ordusu son iki gün ərzində Livanda atəşkəs rejimini 84 dəfə pozub.