Livan mediası İsrail ordusunun Livanın cənubundakı Meyfadun kəndinə yeni zərbələr endirdiyi barədə məlumat yayıb.
Qaziler.az xəbər verir ki, Meyfadun kəndi İsrail qüvvələrinin yerləşdiyi təhlükəsizlik zonasından təxminən 2.5 kilometr uzaqlıqda və sərhəd bölgələrinə nisbətən daha dərində yerləşir.
Bu bölgənin hədəfə alınması, İsrail qüvvələrinin təhlükəsizlik zonasının bəzi hissələrində mövqelərini möhkəmləndirdiyi bir vaxtda, İsrailin Livanın cənubundakı hərbi əməliyyatlarını davam etdirməsinin və genişləndirməsinin göstəricisi ola bilər.
QAZİLER.AZ



