El Nino başlayıb - Yanğın və daşqın xəbərdarlığı verildi

El Nino başlayıb - Yanğın və daşqın  xəbərdarlığı verildi backend

Avstraliyanın Meteorologiya Bürosu tropik Sakit okeanda El Nino fenomeninin rəsmi olaraq başladığını elan edib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, büronun xəbərdarlığında iqlim dəyişikliyi fonunda bu hadisənin ölkədə həddindən artıq istilər, meşə yanğınları və digər ekstremal hava hadisələrinin riskini artırdığı qeyd olunub.

Məlumata görə, ticarət küləklərinin zəifləməsi, təzyiq və bulud sistemlərindəki dəyişikliklər El Nino ilə uyğunluq təşkil edir. Proqnozlar güclü və ya çox güclü hadisəyə işarə etsə də, bunun Avstraliyanın iqliminə təsirlərinin dəqiq miqyası hələ bəlli deyil.

Büro qeyd edib ki, keçmişdə El Nino Avstraliyanın şərqində yağıntıların azalması, yüksək temperatur və meşə yanğınları riskinin artması ilə müşayiət olunub. Mütəxəssislər isə qlobal istiləşmə səbəbindən hazırkı şəraitin görünməmiş olduğunu və keçmiş modellərin gələcək təsirləri tam proqnozlaşdırmaq üçün artıq kifayət qədər etibarlı olmadığını bildirirlər.