ABŞ iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan İranla memorandumun mətnini İsrailə verməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ tərəfi sənədi tanış olmaq üçün qəsdən İsrail rəsmilərinə təqdim etməyib.
"İsrail İranla qarşılıqlı anlaşma memorandumu ilə tanış olmaq xahişi ilə ABŞ-yə müraciət edib, lakin rədd cavabı alıb", - deyə materialda bildirilib.
Qeyd edək ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğunu elan edib. Sənəd layihəsinə həmçinin dəniz blokadasının qaldırılması, neft sahəsində güzəştlər, İran aktivlərinin dondurulmasının ləğvi və nüvə proqramı üzrə növbəti danışıqlar daxildir. Sənədin iyunun 19-da imzalanacağı bildirilir.
QAZİLER.AZ



