Vens İrana iqtisadi fayda verə biləcək 3 ölkənin adını açıqladı

Vens İrana iqtisadi fayda verə biləcək 3 ölkənin adını açıqladı backend

İranın anlaşma memorandumundan əldə edəcəyi yeganə investisiyalar, əsasən Fars körfəzi ölkələrindən gələcək”.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

"İlk növbədə, Amerika pullarının heç bir senti İrana getmir: nə 300 milyard dollar, nə 24 milyard dollar, nə də mediada dollar ifadəsində dolaşdığını gördüyüm hər hansı digər vəsait...", — deyə Vens vurğulayıb.

ABŞ-nin vitse-prezidenti İrana iqtisadi fayda verə biləcək ölkələr qismində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının adlarını sadalayıb.

O, həmçinin bəyan edib ki, İranın nüvə proqramı tamamilə məhv edilib və ölkə müharibə səbəbindən tamamilə dəyişib.

QAZİLER.AZ