“İsrail bacarmırsa, "Hizbullah"ın öhdəsindən Suriya gələcək” - Tramp

“İsrail bacarmırsa, "Hizbullah"ın öhdəsindən Suriya gələcək” - Tramp backend

İsrailin hərbi kampaniyası çox sayda insan tələfatına səbəb olduğu üçün İsrailə Livanın "Hizbullah" hərəkatının məsələsini Suriya Prezidenti Əhməd əş-Şaraanın "həll etməsini" təklif etdim.

Qaziler.az AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlamasında qeyd edib.

Əş-Şaraanı "heyrətamiz işinə" görə tərifləyən Tramp G7 sammitində bildirib: "Əgər İsrail başqalarını öldürmədən bu tapşırığın (“Hizbullah”la mübarizənin) öhdəsindən gələ bilmirsə, o zaman o (Əş-Şaraa) bunu özü edəcək. Suriya bu işi yerinə yetirəcək".

ABŞ Prezidenti eyni zamanda qeyd edib ki, Suriyanın yeni prezidenti təcrübəsiz deyil.

"İsrail “Hizbullah”la çox uzun müddətdir mübarizə aparır və çox sayda insan tələf olur. Mən İsrailə təklif etdim ki, “Hizbullah”a nəzarəti Suriyaya həvalə etsin, çünki açığı düşünürəm ki, onlar bu işin öhdəsindən daha yaxşı gələ bilərlər", - deyə o vurğulayıb.

Trampın Netanyahı ilə münasibətlərinin pisləşməsi barədə yayılan xəbərlərdən sonra ABŞ lideri bildirib ki, o, Livana qarşı daha məsuliyyətli olmalıdır.

"İsrailin Livan və “Hizbullah”la bağlı özünü aparma tərzindən narazıyam. Onlar bu işi daha tez bitirməli idilər", — deyə Tramp fikrini tamamlayıb.

QAZİLER.AZ