Berlində insanların sağlamlığı üçün təhlükə yaradan palıd tırtıllarının kütləvi axını səbəbindən uşaq meydançaları və idman obyektləri bağlanmağa başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Yazıda qeyd olunub ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərərvericilər artıq Almaniya paytaxtının bütün 12 rayonuna yayılıb. Nəticədə bəzi ictimai məkanlar müvəqqəti olaraq hasarlanıb və ya ərazilərə giriş məhdudlaşdırılıb.
Qeyd olunub ki, tırtılların üzərindəki mikroskopik tüklər xüsusi təhlükə mənbəyidir. Hər bir tırtıl üzərində külək vasitəsilə uzaq məsafələrə yayıla bilən yüz minlərlə belə tük daşıyır. Bu tüklər təmas zamanı həm insanlarda, həm də heyvanlarda güclü dəri qıcıqlanması, allergik reaksiyalar, göz iltihabı və tənəffüs problemlərinə səbəb olur.
Zərərvericilərin axını səbəbindən "Yunqfernhayde" ailə mərkəzindəki yay festivalı artıq ləğv edilib. Məhdudiyyətlər şəhərin populyar parklarına, o cümlədən manqal zonalarından istifadənin müvəqqəti qadağan edildiyini ərazilərə də təsir göstərib.
Berlindəki ərazi rəhbərləri şəhər nümayəndələrinə müraciət edərək vəziyyətin təkcə ekoloji deyil, həm də sanitar problem kimi tanınmasını tələb ediblər. Onlar hesab edirlər ki, tırtılların sayının kəskin artması ictimai sağlamlığa real təhdiddir və bütün şəhər səviyyəsində təcili tədbirlər görülməlidir.
QAZİLER.AZ



