Ukrayna Prezidenti Volodimir Zelenski analar və atalar övladlarını itirən zaman ağladığını bildirib.
Qaziler.az Ukraynanın “insider” nəşrinə istinadla xəbər verir ki, bu barədə o, "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində verdiyi müsahibəsində danışıb.
Jurnalist Ukrayna liderindən sonuncu dəfə nə vaxt ağladığını soruşub. Zelenski əvvəlcə zarafatla müsahibədən sonra suala cavab verməyə çalışacağını deyib.
Daha sonra isə o, "Analar və atalar öz övladlarını itirəndə mənə həmişə çox ağır olur. Belə məqamlarda mən tez-tez ağlayıram", - deyə Zelenski qeyd edib.
QAZİLER.AZ



