Tramp Bricit Makronun əlini buraxmaq istəmədi - VİDEO

Tramp Bricit Makronun əlini buraxmaq istəmədi -  VİDEO backend

ABŞ Prezidenti Donald Tramp "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Fransa Prezidentinin xanımı Brijit Makronla əl sıxışarkən uzun müddət onun əlini buraxmayıb.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, həmin anlar kadrlara yansıyıb Sözügedən görüntülər Ağ Evin "YouTube" kanalında paylaşılıb.

Yayılan videoda Makronun əlini geri çəkməyə çalışdığı, lakin Trampın ondan bərk yapışaraq buraxmadığı aydın görünür.

Bu mənzərə diqqətdən yayınmayıb. Qeyd olunub ki, bu dəfə Fransa Prezidenti Emmanuel Makron deyil, məhz Brijit Makron Tramp tərəfindən çox güclü bir əl sıxılmasına məruz qalıb.

Analoji hadisə Makron və Tramp arasında ötən ilin oktyabr ayında Misirdə, Qəzza müharibəsinə son qoymaq üçün keçirilən zirvə görüşündə də oxşar vəziyyət yaranmışdı. Siyasətçilərin əl sıxışması cəmi bir neçə saniyə davam etmişdi və Amerika lideri həmkarının əlini buraxmaq istəməmişdi.

QAZİLER.AZ