ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını respublika ərazisindən çıxardıqdan sonra məhv edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Ağ Ev rəhbəri: "Biz tələsmirik, lakin biz onu (İran uranını) əldə edəcəyik və əldə etdikdə məhv edəcəyik. Onu özümüzə götürmək niyyətimiz yoxdur, biz onu məhv etmək istəyirik", - deyə bildirib.
İyunun 15-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğunu elan edib. Sənəd layihəsinə həmçinin dəniz blokadasının qaldırılması, neft sahəsində güzəştlər, İran aktivlərinin dondurulmasının ləğvi və nüvə proqramı üzrə növbəti danışıqlar daxildir.
QAZİLER.AZ



