ABŞ prezidenti Donald Tramp İsrail Baş nazirinin hərəkətlərindən məyus olduğunu bildirib.
Qaziler.az bildirir ki, CNN-in məlumatına görə, o, bu açıqlamanı çərşənbə axşamı mediaya danışarkən verib.
Tramp bildirib ki, Benyamin Netanyahu ilə "əla münasibətləri" var, lakin o, "Livan məsələsində məsuliyyət daşımalıdır".
"Mən olmasaydım, İsrail olmazdı, çünki heç bir prezident mənim etdiyimi etmək istəmirdi", - deyə o bildirib.
Netanyahu ictimaiyyət qarşısında Trampla qarşıdurmadan qaçır. Xüsusilə, bazar ertəsi günü verdiyi açıqlamalarda "bəzən Trampla fikir ayrılığı yaşadığı" vaxtlar olduğunu bildirib.
QAZİLER.AZ



