Çin Avropa Birliyinin rus əsgərlərinin Ukraynaya qarşı müharibədə iştiraka hazırlanması ilə bağlı açıqlamalarına cavab verib.
RBC-Ukraynanın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszian bunu Pekində keçirilən brifinqdə bildirib.
"Bu iddialar əsassız və tamamilə böhtan xarakterlidir", - Lin Tszian bildirib.
Sözçü Aİ nümayəndəsinin şərhlərini əsassız adlandırıb və əlavə izahat vermədən onları təkzib edib.
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Avropa Birliyi Çin ordusunun Rusiya əsgərlərinə Ukraynadakı döyüş əməliyyatları üçün təlim keçdiyini təsdiqləyib.
QAZİLER.AZ



