16 iyun gecəsi Rusiyanın Krasnodar diyarının Poltavskaya stanitsasında pilotsuz uçuş aparatlarının hücumundan sonra neft bazasında yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna Krasnodar diyarının operativ qərargahına və OSINT kanallarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində neft bazasında yanğın başlayıb. (Rusiya tərəfinin məlumatına əsasən, buna PUA-nın qalıqlarının düşməsi səbəb olub.) Xilasedicilər yanğının söndürülməsinə cəlb olunublar. İlkin məlumata görə, ölən və yaralanan olmayıb.
Hadisə yerində xüsusi və təcili xidmətlər işləyir.
Hücumdan sonra Poltavskaya və Trudobelikovski arasındakı yol müvəqqəti olaraq bağlanıb.
QAZİLER.AZ



