Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib

Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib backend

Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta "X" sosial şəbəkə hesabında bildirib.

“Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, - deyə o qeyd edib.

Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb.