İslamabad razılaşmasının bəzi detalları açıqlanıb

İslamabad razılaşmasının bəzi detalları açıqlanıb backend

ABŞ və İran arasında əldə olunan "İslamabad razılaşması"nın əsas detalları məlum olub.

Qaziler.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Razılaşmanın 13-cü bəndi bununla bağlıdır ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq", - məlumatda bildirilib və əlavə olunub ki, danışıqların son gününə qədər 13-cü bənd 4, 5, 10 və 11-ci bəndləri əhatə edir.

Belə ki, razılaşmanın 4 və 5-ci bəndləri Hörmüz boğazının beynəlxalq gəmiçilik və kommersiya daşımaları üçün dərhal və rüsumsuz açılmasını tələb edir. ABŞ İran limanlarına tətbiq etdiyi dəniz mühasirəsini isə tamamilə ləğv etməlidir.

10-cu və 11-ci bəndlər İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına qoyulan sanksiyaların mərhələli şəkildə yumşaldılmasıdır. Eyni zamanda İranın xaricdə dondurulmuş aktivlərinin - ilk mərhələdə 24 milyard dolların azad edilməsidir.

Razılaşmanın 1-ci və 13-cü bəndləri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılmalıdır.

Lakin nüvə proqramı və 60 günlük möhlət danışıqlar mərhələsinə daxil edilməyib.