İŞİD Gürcüstana hücuma hazırlaşır

İŞİD Gürcüstana hücuma hazırlaşır backend

İŞİD Rusiya və Cənubi Osetiya sərhədində provokasiyaya hazırlaşır. Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında qondarma Cənubi Osetiyanın keçmiş Xarici İşlər naziri David Sanakoyev söyləyib. Onun sözlərinə görə, terrorçular Pankisi dərəsindən Gürcüstana hücum edəcəklər:


“Əsas hücum hədəfləri Rusiya və Cənubi Osetiya sərhədçiləri, gürcü polisləri, dinc vətəndaşların əsir götürülməsi ola bilər. Bu terrorçular Suriyadan Gürcüstana gəliblər. Provokasiyalar yeni il günü planlaşdırılır”.

Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın bir hissəsidir. 2008-ci il avqust müharibəsindən sonra Rusiya bu qondarma rejimin müstəqilliyini tanıyıb.