Yəməndə atəşkəs müddəti uzadıldı

Yəməndə atəşkəs müddəti uzadıldı backend

Yəməndə atəşkəs daha 7 gün uzadılıb. Axar.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Əbdülməlik Mihlafi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, atəşkəs Prezident Abdurabbu Mənsur Hadinin təlimatı ilə uzadılıb.

“Qarşı tərəf 14 yanvarda davam edəcək danışıqlardan əvvəl məhbusların sərbəst buraxılması mövzusunda söz verib. Önümüzdəki danışıqların aqibəti məhbusların sərbəst buraxılması və Taiz başda olmaqla mühasirədə saxlanılan şəhərlərə yardımların girişi üçün dəhlizin açılmasından asılıdır”, - Mihlafi qeyd edib.