Rəsmi Moskva və Dəməşq Suriyada əməliyyatlar zamanı kaset bombasından istifadə edir. Axar.az xəbər verir ki, bu fikirlər “Hüman Rayts Voç” beynəlxalq insan haqları təşkilatının yaydığı bəyanatda yer alıb.
Təşkilatın bəyanatına görə, sentyabrın 30-dan bu yana aparılan əməliyyatlar zamanı 20 dəfə kaset bombasından istifadə olunub.Hücumlardan ikisi qaçqın düşərgəsinə, biri isə Dəməşqdəki məktəbə edilib.
Hesabatda Suriya ərazisində istifadə edilən bombaların SSRİ və Rusiya istehsalı olduğu bildirilib.