Sülhə heç vaxt olmadığı qədər yaxınıq - Əraqçi

Sülhə heç vaxt olmadığı qədər yaxınıq - Əraqçi backend

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə yaşanan gərginlikdən sonra bölgədəki vəziyyət və aparılan diplomatik danışıqlar barədə mühüm bəyanatla çıxış edib.

Qaziler.az xəbər verir ki, bu barədə İran XİN rəsmisi “X” hesabında paylaşım edib. 

O, ABŞ ilə aparılan gərgin danışıqlara toxunaraq, müharibəni dayandıracaq "İslamabad Anlaşma Memorandumu"nun imzalanmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını bəyan edib. 

Əraqçi əlavə edib ki, Tehranın məsuliyyətli və şəffaf yanaşmasına uyğun olaraq, saziş rəsmiləşdikdən sonra bütün detallar ictimaiyyətə açıqlanacaq.

QAZİLER.AZ