Tramp İrana qarşı müharibədə müttəfiqlərin rolundan danışdı

Tramp İrana qarşı müharibədə müttəfiqlərin rolundan danışdı backend

ABŞ prezidenti Donald Tramp avropalı liderlərin və "Böyük Yeddilik" (G7) ölkələrinin İran böhranındakı rolu barədə sualı cavablandırarkən, ABŞ-nin İrana qarşı müharibəni Aİ və G7-dən olan müttəfiqlərinin köməyi olmadan qazandığını bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri İtaliyanın "La7" kanalına verdiyi müsahibədə deyib.

"Biz müharibəni qazandıq, onların heç bir əhəmiyyəti yox idi! Bizə onların köməyi lazım deyildi", - deyə Tramp bildirib.

Bir gün əvvəl isə Amerika lideri Vaşinqton və Tehranın müharibənin dayandırılması barədə razılığa gəldiklərini, hazırda tərəflərin sənədləri imzalamalı olduğunu bildirib. Trampın sözlərinə görə, sazişin imzalanması artıq yaxın həftəsonu baş tuta bilər. Bu hadisə vitse-prezident Cey Di Vensin səfərdə olacağı Avropada reallaşa bilər.

QAZİLER.AZ