İran Hörmüz boğazını tamamilə bağladı

İran Hörmüz boğazını tamamilə  bağladı backend

İran ABŞ ilə qarşılıqlı zərbələrdən sonra Hörmüz boğazının, hətta daha əvvəl keçid icazəsi almış gəmilər üçün də tamamilə bağlandığını elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikasının Fars körfəzi işləri üzrə idarəsinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən məlumatda bildirilir.

"Keçid üçün artıq icazəsi olan gəmilərdən səbirli olmağı və idarədən gələcək bildirişləri gözləməyi xahiş edirik", – deyə qurumun bəyanatında qeyd olunub.

QAZİLER.AZ