Böyük Britaniyada bir kişiyə qan xərçəngi diaqnozu qoyulub və yeddi il ərzində uğursuz "müalicə" alıb.
Qaziler.az bildirir ki, bu barədə BBC News xəbər verir.
Saymon Pirson ilk dəfə 2017-ci ilin noyabr ayında yorğunluq, yüksək qırmızı qan hüceyrə sayı və dəmir anomaliyaları şikayəti ilə həkimə müraciət edib. Xəstəyə qan xərçəngi diaqnozu qoyulub.
Kişi daim təqaüdə çıxa bilməyəcəyindən qorxur və biri 19, digəri isə 16 yaşında olan oğullarına qarşı günahkarlıq hissləri ilə əzab çəkirdi. O, xəstəliyi onlara ötürdüyünü hesab edirdi.
Yeddi illik əzabdan sonra, 2025-ci ilin iyun ayında adi qəbulda olan tibb bacısı diaqnozdan şübhələnməyə başlayıb. Yeni testlər göstərdi ki, Pirsonda əvvəllər diaqnoz qoyulmuş xəstəliklərdən heç biri yoxdur.
Pirson artıq tibbi səhlənkarlıqla bağlı məhkəmə iddiası qaldırıb. Xəstəxana rəhbərliyi rəsmi üzr istəyərək hadisənin təkrarlanmaması üçün tədbirlər görəcəyinə söz verib.
QAZİLER.AZ



