Netanyahu İrana qarşı: “Ömrümü buna həs edəcəyimə söz verirəm”

Netanyahu İrana qarşı: “Ömrümü buna həs edəcəyimə söz verirəm” backend

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, o, yəhudi dövlətinin hökumətinə rəhbərlik etdiyi müddətdə İranın nüvə silahı olmayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı siyasətçinin ofisi yayıb.

Netanyahu vurğulayıb ki, ABŞ prezidenti ilə bu məsələdə tam həmrəydirlər. İsrail hökumət başçısının sözlərinə görə, o, artıq 30 ildən çoxdur ki, Tehranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin ön cəbhəsində yer alır.

"Əgər bu mübarizə olmasaydı, İranın İsraili məhv etmək üçün çoxdan atom bombaları olardı", - deyə Netanyahu iddia edib.

O, İranın yəhudi dövlətini məhv etmək üzərində işlədiyini bildirib və bu planları darmadağın etməyə ömrünü həsr edəcəyinə söz verib.

QAZİLER.AZ