Tailandda şahzadənin vəfatı ilə əlaqədar 15 günlük matəm elan edilib

Tailandda şahzadənin vəfatı ilə əlaqədar 15 günlük matəm elan edilib backend

Tailand hökuməti Kral Maha Vaçiralonqkornun böyük qızı şahzadə Pxatçarı Kittiyapxinin vəfatı ilə əlaqədar ölkədə 15 günlük matəm elan edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata əsasən, iyunun 12-dən başlayaraq bütün dövlət müəssisələri, şirkətlər və təhsil müəssisələrində dövlət bayraqları yarıyadək endirilməlidir. Dövlət qulluqçuları və dövlət orqanlarının əməkdaşları 15 günlük matəm qaydalarına riayət etməlidirlər.

Kral Sarayının məlumatına görə, şahzadə Pxatçarı Kittiyapxinin iyunun 11-də 47 yaşında Banqkokdakı Kral Çulalonqkorn adına Memorial Xəstəxanada vəfat edib. O, 15 dekabr 2022-ci ildən bəri həmin xəstəxanada huşsuz vəziyyətdə olub . May ayında büro həkimlərin səylərinə baxmayaraq, həyati vacib orqanlara təsir edən nəzarətsiz infeksiya səbəbindən şahzadənin vəziyyətinin pisləşdiyini bildirmişdi.

Şahzadə 2022-ci ilin dekabrında Nakhonratçasima əyalətində məşq zamanı huşunu itirmiş və ürək xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

QAZİLER.AZ