NATO 27 ildən sonra Kosovodakı sülhməramlılarının sayını azaldır

NATO 27 ildən sonra Kosovodakı sülhməramlılarının sayını azaldır backend

NATO Kosovodakı KFOR sülhməramlı missiyasının şəxsi heyətinin sayını regionda 27 illik mövcudluqdan sonra azaldacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Alyansın rəsmi saytında dərc olunmuş bəyanatda qeyd olunub. Bildirilib ki, dəyişikliklər regiondakı sabit təhlükəsizlik vəziyyəti ilə bağlıdır.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qreqori Qrinkeviç alyansın Kosovoda təhlükəsizliyin təmin edilməsinə tam sadiq qaldığına zəmanət verib. Onun sözlərinə görə, bu sadiqlik regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyə cavabdeh olan yerli təşkilatların peşəkarlığının artmasına imkan yaradıb.

"Hazırkı şərait KFOR-un say tərkibini və mövqelərini daha da optimallaşdırmaq üçün imkan yaradır", - deyə Qrinkeviç əlavə edib.

Planlaşdırılan ixtisarlar dərhal başlayacaq və gələn ilə qədər davam edəcək. Lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək. NATO-dan vurğulanıb ki, zərurət yaranacağı təqdirdə missiyanın çıxarılması qərarı ləğv edilə bilər.

QAZİLER.AZ