iOS 27 əməliyyat sistemində tuva və saxa (yakut) dilləri üçün klaviatura maketləri istifadəyə verilib.
Qaziler.az xəbər verir ki, “Wylsa.com” saytının məlumatına görə, şirkət daha əvvəl çuvaş və inquş dillərinə də dəstək əlavə etmişdi. Gələcəkdə isə yeni dil maketlərinin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Lokallaşdırmanın inkişafı “Apple” şirkətinin müstəqil tədqiqatçılar və dillərin rəqəmsallaşdırılması üzrə mütəxəssislərlə əməkdaşlığı sayəsində mümkün olub. Tuva və Yakut dillərinin sistemə inteqrasiyasına ən böyük töhfəni Rusiya xalqlarının dilləri üçün rəqəmsal infrastrukturun yaradılması ilə məşğul olan "Tyvan.ru" layihəsinin müəllifi və tərtibatçısı Ali Küjüget verib.
Yeni klaviaturalar iki formatda reallaşdırılıb. Birinci formatda standart rus dili maketindən istifadə olunur və əlavə simvollar düymələri sıxıb saxlamaqla daxil edilir. İkinci variant isə əlifbanın hər bir hərfinə ayrıca düymənin uyğun gəldiyi tamdəyərli milli klaviaturadır. Bu yanaşma gələcəkdə avtomatik düzəliş (autocorrect), proqnozlaşdırılan mətn daxiletmə (predictive input) və jestlə yazma funksiyalarının inkişafı üçün yeni imkanlar açır.
QAZİLER.AZ



