Türkiyə ilə Rusiya arasında yaşanan ixrac böhranı uzun zaman davam etməyəcək. Axar.az xəbər verir ki, bunu Türkiyənin Gömrük və Ticarət naziri Bülənt Tüfəkci yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, gələn ilin fevral-mart aylarına qədər böhranın mənfi təsirləri zəifləyəcək:
“Bibər, xiyar, pomidorda çətinlik yoxdur. Portağal, naringidə çətinlik yaşanır. Bunlar daxili bazarda ucuz qiymətə satılır. Yalnız Rusiyaya ixrac edilən tikanlı xiyarda qiymət artıb. İstehsalçı da satdığı bu qiymətdən razıdır. Bu günə qədər 210 məhsulun ixracla bağlı razılaşması ləğv olunub. 1 təyyarə, 27 gəmi geri göndərilib. TIR ticarəti artıq Rumıniya, Bolqarıstan vasitəsilə həyata keçirilir”.