İran Yaxın Şərqdə amerikalı biznesmen İlon Maskın nəzarəti altında fəaliyyət göstərən şirkətləri özünün hədəf siyahısına daxil etməyi nəzərdən keçirir.
Bu barədə məlumatlı mənbə “Fars”a danışıb.
Bildirilib ki, buna səbəb ABŞ və İsrail ordusunun İrana hücumlarda “Stralink” də daxil olmaqla, İlon Maska məxsus şirkətlərdən dəstək alması olub.
Məlumata görə, “Starlink”in İsraildəki stansiyası, Qətər, İordaniya, BƏƏ və Omanda yerləşən obyektlər İranın hərbi hədəf siyahısına əlavə ediləcək.



