Buş: “ABŞ dünyadakı proseslərə təsirini itirir”

Buş: “ABŞ dünyadakı proseslərə təsirini itirir” backend

ABŞ dünyada gedən proseslərə özünün təsir qüvvəsini itirir. Axar.az xəbər verir ki, bunu ABŞ mətbuatına müsahibəsində Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Ceb Buş söyləyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın bu zəifliyindən istifadə edərək, özünün dünyadakı təsir qüvvəsini artırır:


“Rusiya bizim müttəfiq deyil. Putin bizə təzyiq etməklə uğur qazandığını düşünür”.

Qeyd edək ki, bundan öncə ABŞ prezidentliyinə başqa bir namizəd Donald Tramp prezident olacağı təqdirdə Rusiya ilə bütün münasibətləri yoluna qoyacağını bəyan edib.