Alman avtomobil istehsalçısı "Volkswagen" Almaniyadakı müəssisələrində genişmiqyaslı iş yerlərinin ixtisarı və xərclərin azaldılması proqramını həyata keçirməyə davam etmək niyyətindədir.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" xəbər verir.
Baş direktor Oliver Blumenin qarşıdan gələn illik səhmdarlar yığıncağında investorlara şirkətin Almaniyadakı işçi sayının bu ilin sonuna qədər 19.000 nəfər azaldılacağını bildirməsi gözlənilir.
Blumenin 18 iyun səhmdarlarının iclası üçün hazırladığı çıxışa görə, şirkət artıq 2030-cu ilə qədər 28.000-dən çox iş yerini ixtisar etmək kimi məcburi bir hədəf qəbul edib.
Blumenin məlumatına görə, 2025-ci ilə qədər şirkət "Volkswagen"in Almaniya zavodlarında istehsal xərclərini 20%-dən çox azaltmağa nail olub.
QAZİLER.AZ



